AZ

İtaliya Superkubokunun qalibi müəyyənləşib

Bakı. Trend:

İtaliya Superkubokunun 2024-cü il mövsümünün qalibi "Milan"olub.

Trend xəbər verirki, Səudiyyə Ərəbistanında keçirilən finalda "Milan" və "İnter"arasında Milan derbisi baş tutub.

Oyun çox maraqlı və gərgin mübarizə şəraitində keçib. "İnter"2:0 hesabı ilə önə keçsə də, "Milan" geridönüş edə bilib.Komandanın yeni baş məşqçisi Serjio Konseysaoun əvəzetmələri oyunungedişinə mühüm təsir göstərib. "Rossoneyerlilər" 3 qol vuraraq, 3:2hesabı ilə qalib gəlib. Həlledici top isə 90+3-cü dəqiqədəatılıb.

Bu nəticə ilə "İnter" ardıcıl 4-cü dəfə Superkuboka sahib olmaqşansını əldən verib. "Milan" isə iki il əvvəlki məğlubiyyətinrevanşını alıb.

"Milan" tarixində 8-ci dəfə İtaliya Superkubokunu qazandı və bugöstəricidə "İnter"lə eyni saydadır. "Yuventus" isə 9 titul iləliderdir.

Seçilən
54
11
az.trend.az

10Mənbələr