AZ

Britaniyanın iki bölgəsində fövqəladə vəziyyət elan edilib

London, 7 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Linkolnşir və Leysterşir bölgələrində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, Linkolnşir bölgəsində güclü yağışlar ibtidai məktəblərdən birində çətin vəziyyət yaradıb. Edenham məktəbində yanğınsöndürmə xidmətinin tövsiyəsi ilə valideynlərə uşaqlarını götürmək qadağan edilib, çünki daşqın ərazidə avtomobillərin hərəkətini mümkünsüz hala gətirib.

Leysterşir yanğın və xilasetmə xidməti isə bölgədə geniş yayılmış daşqınlarla bağlı 200-dən çox çağırış aldığını və bu səbəbdən fövqəladə vəziyyət elan etdiyini bildirib. Yanğınsöndürənlər indiyədək daşqın sularında ilişib qalan avtomobilləri azad edib və 17 nəfəri xilas edib.

Hava proqnozlarına əsasən Britaniyada daha çox yağış gözlənilir və vəziyyətin daha da pisləşə biləcəyi ehtimal edilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
21
2
azertag.az

3Mənbələr