AZ

Berlində Yeni il gecəsi iğtişaşlarla bağlı araşdırmalar davam edir

Bakı. Trend:

Yeni il gecəsi Berlində törədilən iğtişaşların iştirakçılarınınmüəyyən edilməsi və hüquqi məsuliyyətə cəlb olunması məqsədiləaraşdırmalar davam etdirilir.

Trend xəbər verirki, həmin gecə 1453 cinayət hadisəsi qeydə alınıb, 670 nəfərşübhəli şəxs kimi müəyyən edilib. Bu şəxslərdən 264-nün Almaniyavətəndaşlığı yoxdur. Almaniya vətəndaşları olan 406 nəfərin hansımənşəyə aid olduğu isə açıqlanmayıb. Şübhəlilər arasında türk,suriyalı, əfqan və digər millətlərdən olan şəxslər var.

Hadisələr zamanı 241 xəsarət faktı qeydə alınıb, 363 nəfərpirotexniki vasitələrdən yaralanıb. Polis və səhiyyə işçilərinəqarşı 58 hücum olub, bu hücumlarda şübhəli bilinən 40 nəfərinşəxsiyyəti müəyyən edilib. Atəşfəşanlıq və pirotexniki vasitələrinistifadəsi nəticəsində 5 nəfər həyatını itirib.

Almaniyanın daxili işlər naziri Nensi Fezer, belə əməllərə görəbeş ilədək azadlıqdan məhrumetmə cəzasının vacib olduğunu bildirib.Həmçinin pirotexniki vasitələrin qadağan olunmasını nəzərdə tutanvə iki milyondan çox insan tərəfindən imzalanmış petisiya Daxiliİşlər Nazirliyinə təqdim edilib.

Hazırda polis hadisələrə dair araşdırmalarını davam etdirir.

Seçilən
38
az.trend.az

1Mənbələr