AZ

Tibetdə 7 bal gücündə zəlzələ baş verdi: ölənlər var

Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

Çin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, güclü zəlzələ nəticəsində azı doqquz nəfər həlak olub. Təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub.

Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.

Seçilən
62
1
publika.az

10Mənbələr