AZ

Bayden 14 qatilin hücumu yerinə yetirildiyi Nyu-Orleansa baş çəkdi

ABŞ prezidenti Co Bayden və birinci xanım Cil Bayden Yeni il gecəsi azı 14 nəfərin ölümü ilə nəticələnən terror aktının baş verdiyi Luiziana ştatının Nyu-Orlean şəhərinə səfər ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidməti jurnalistlərə məlumat verib.

Qeyd edilib ki, Bayden və həyat yoldaşı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşüblər.

Bundan əlavə, səlahiyyət müddəti başa çatan administrasiyanın rəhbəri və birinci xanım terror aktının baş verdiyi Burbon küçəsində olub, həlak olanların xatirəsinə gül dəstələri düzüblər.

Bundan sonra kortej anım mərasiminin keçirildiyi Sent-Luis Katedralinə gedib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
39
ikisahil.az

1Mənbələr