AZ

Azərbaycan İdman Akademiyası deputata məxsus olduğu bildirilən şirkətdən avadanlıq alır - 250 min xərcləyəcək

"Azərbaycan İdman Akademiyası" publik hüquqi şəxsi kompüter avadanlığı alır.

 

Pravda.az-ın xəbərinə görə, Akademiya bu məqsədlə "Ultra Technologies" MMC ilə müqavilə bağlayaraq 250 min AZN köçürməyi planlaşdırır. 

 

Qeyd: 2000-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur. M.Zülfüqarlı həm də MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkətlərin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. T.Mirkişilinin tərcümeyi halında onun 2000-2011-ci illərdə "Ultra Computers" MMC-də mühəndis, daha sonra direktor vəzifələrində işlədiyi göstərilir. "Ultra Technologies" MMC 2016-cı ilə qədər "Ultra Computers" MMC adı altında fəaliyyət göstərib.

 

Cabir Həsənov

Tarix: 7 Yanvar 2025, 10:08   
Seçilən
41
1
pravda.az

2Mənbələr