Çinin Tibet bölgəsində baş verən 7,1 bal gücündə zəlzələdə azı 32 nəfər həyatını itirib.
İndex.az xəbər verir ki, Çin mətbuatının məlumatına görə, yerli vaxtla səhər saat 09:00-da Tibetin Şiqatse şəhərində baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb.
Zəlzələ qonşu Nepal və Hindistanın bəzi bölgələrində də hiss olunub.
Qeyd edək ki, böyük qırılma xəttində yerləşən bölgədə zəlzələlər çox olur.