Tibetdə baş verən 7.1 bal gücündə zəlzələdən sonra 49 afterşok qeydə alınıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Mütəxəssislərin fikrincə, afterşoklardan 33-ünün maqnitudası 3-dən aşağı, 16-sının maqnitudası 3-dən yüksək olub.
Zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb. Bildirilib ki, təbii fəlakət nəticəsində 62 nəfər xəsarət alıb.
***
08:23
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ 7.1 bal gücündə olub.
Yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.
"Sinxua" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.
"Cebheinfo.az"