Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsinin qara qutularının oxunma prosesi yekunlaşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qazaxıstan mediası yazıb.
Bildirilib ki, 2024-cü il dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin qara qutularının oxunması ilə bağlı məlumatlar Braziliyanın Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) tərəfindən Qazaxıstana göndərilib: "CENIPA mütəxəssisləri tərəfindən qara qutulardakı məlumatlar yanvarın 4-də toplanaraq yoxlanılıb. Səsyazma cihazlarının təhlili yanvarın 6-da başa çatıb və məlumatlar Qazaxıstan hakimiyyətinə ötürülüb".
Samir Musayev
MİA.AZ