AZ

Fatih Terim qələbə ilə başladı

Türkiyənin tanınmış məşqçisi Fatih Terim Səudiyyə Ərəbistanı təmsilçisi "Əş-Şabab" klubunda ilk oyununda qələbə sevinci yaşayıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komanda Kral Kubokunun 1/4 final mərhələsində "Əl-Feyha" üzərində 2:1 hesablı qalibiyyət əldə edərək yarımfinala yüksəlib.

Fatih Terimin rəhbərliyi altında "Əş-Şabab" növbəti matçını Səudiyyə Ərəbistanı Pro Liqasının XIV turunda "Əl-Əhli"yə qarşı keçirəcək.

Xatırladaq ki, 71 yaşlı Terim əvvəllər Türkiyə milli komandasında və "Qalatasaray"da böyük uğurlara imza atıb, son olaraq isə Yunanıstanın "Panatinaikos" klubunda çalışıb.

Fidan
Milli.Az

Seçilən
53
1
milli.az

2Mənbələr