AZ

Natiq Miri: “Bu etirafı sülhə gedən yolun açılması kimi dəyərləndirmək olar” 

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 31 il öncə erməni milli hərəkatı olan “Yerkpara” üzvlərinin qarşısında Azərbaycana qarşı səsləndirdiyi fikirlərin əks olunduğu video yayılıb. Orada keçmiş prezident indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” söyləyir. Ardınca da əlavə edir ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan təmizləyib “azad ərazilərə” çevirdilər. Eks-prezidentin illər sonra yayılan video etirafı nə ilə bağlıdır?

Politoloq Natiq Miri hesab edir ki, bu, sadəcə etiraf xatirinə deyilən sözlər deyil, siyasi mübarizənin tərkib hissəsidir. N.Miri məlum ifşa prosesindən əvvəl hökumət başçısı Paşinyanın sabiq prezidentlərlə debat keçirmək istədiyini önə çəkib. Onun fikrincə, burada əsas məqsəd hökumətin əlində olan arxivlərin açılması və “demokrat” simasında görünən şəxsləri ifşa edib, ictimai şüura təsir etməkdən ibarətdir.

“Sabiq erməni prezidentlər Paşinyanın debat təklifindən imtina etdilər. Hətta Paşinyana qarşı aşağılayıcı açıqlamalar ortaya qoyuldu. Ter-Petrosyanın ətrafı, özü Paşinyanı təhqir etdi və Azərbaycanın işğal edilən Qarabağ və ətraf ərazilərinin azad olunmasını onun “xəyanətinə” yazdılar”.

N.Miri Paşinyan xeyli zamandır ki, mifik və real Ermənistan arasında seçim etmək məcburiyyəti ilə üzləşdiklərini bəyan etməsinə diqqət çəkib. Onun fikrincə, Paşinyanın qənaətinə əsasən erməni ictimai şüuru gerçəkləri qəbul etməyincə regionda hər hansı sülh mühitinin yaradılması mümkün deyil. Ona görə də, bu ifşa prosesini real Ermənistan qayəsinin ictimai şüura yeridilməsi kimi də dəyərləndirmək olar.

N.Miri qeyd etdi ki, erməni liderlər törətdikləri vəhşiliklər, antibəşəri davranışları, terror siyasəti həyata keçirmələrdə hər zaman ələt olublar.

“Ermənistan dövlət kimi Azərbaycan ərazisində Rusiya tərəfindən yaradılıb. Bu da o deməkdir ki, Rusiya heç bir zaman Ermənistanı başıboş buraxmaq fikrində olmayıb. Onlar SSRİ dağılanda süni münaqişələr yaratmaqla postsovet ölkələri üçün ciddi təzyiq mexanizmləri yaratdılar. Bunlardan biri də Qarabağ münaqişəsi idi. Ter-Petrosyanın hakimiyyətə gətirilməsi də SSRİ xüsusi xidmət orqanlarının fəaliyyətinin tərkib hissəsi idi və bir müddət müəyyən rolunu oynadı. Onun hakimiyyəti müəyyən sərhədlərə gəlib çıxandan sonra Petrosyanın hakimiyyətdə qalması Rusiya üçün geosiyasi təhlükə oldu və devrildi. Bu da o deməkdir ki, yararlı oduğu müddətcə petrosyanlardan istifadə olunur”.

Politoloq hesab edir ki, hadisələrin mahiyyəti bir məqsədə xidmət edir.  Eyni zamanda, Paşinyan anlayır ki, onun və ittihamedici alətlərin gerçək üzü erməni ictimai rəyində aydınlanmayana qədər Ermənistanın müstəqil olması, Türkiyə, Azərbaycanla sülhə gəlməsi mümkün olmayacaq.

“Bu da ifşa prosesindən keçir.  Ona görə də bir tərəfdə Ter-Petrosyanın vəhşilikləri, Qarabağla bağlı gerçəklər, bir tərəfdə Sarkisyanla, Köçəryanın həqiqi üzləri ifşa olunur. Ona görə də bu etirafın ortaya çıxmasını regionda sülhə gedən yolun açılması kimi dəyərləndirmək olar”. 

Seçilən
4
hafta.az

1Mənbələr