Demokrat.az Baku.ws-ə istinadən xəbər verir ki, məlumata görə, körpüdə daşlar qoparaq yola düşüb.
Bu vəziyyət həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli hadisəyə münasibət bildirib.
Qurum rəsmisi qeyd edib ki, yol ötürücüsünün üzlük daşlarından kiçik bir hissə qoparaq yol kənarına düşüb:
"Qısa zaman ərzində bu daşlar operativ şəkildə təmizlənərək ərazidən götürülüb".
AAYDA rəsmisi əlavə edib ki, yol ötürücüsündəki digər üzlük daşları yoxlanılıb və hər hansı qopma riskinin olmadığı təsdiqlənib.