AZ

"Hisslərimi ifadə etməyə söz tapmıram" - Kristian Pulişiç

İtaliya Superkubokunun dünən baş tutan final oyununda əzəli rəqibi "İnter"i 3:2 hesabı ilə məğlub edən "Milan"ın yarımmüdafiəçisi Kristian Pulişiç qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, matçın 52-ci dəqiqəsində komandasının qollarından birinə imza atan 26 yaşlı amerikalı futbolçunun sözlərini "Milan News" belə çatdırıb:

"Hisslərimi ifadə etməyə söz tapmıram. Bu, "Milan"da qazandığım ilk mükafatdır. Qələbənin dramatikliyi də öz yerində... Qol vurduğum və qələbə qazandığımız üçün xoşbəxtəm. Qələbəni bayram etməyə layiqik. İndi özümüzə daha çox inanmalı, irəli baxmalıyıq".

Xatırladaq ki, qarşılaşma Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Görüşün 52-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olan "qırmızı-qaralar" möhtəşəm geridönüşlə diqqət çəkiblər.

Nihat

Seçilən
25
fanat.az

1Mənbələr