Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu olan polkovnik-leytenant Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbidə "Uçuş Mühəndisi" ixtisası üzrə təhsil alıb. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Rəşad Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından olan Rəşad Atakişiyev 2019-cu ilin 24 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən qəzaya uğrayaraq şəhid olub.
Ruhu şad olsun!