AZ

MOSKVANIN NƏZARƏTİNDƏN ÇIXAN SAVAŞ... - Tramp Ukrayna müharibəsini dayandırmaqda maraqlı olacaqmı?

Rusiya bilərəkdən və ya bilməyərəkdən Vaşinqtonla apardığı oyunda alətə çevirib

Rusiya 2022-ci ilin 24 fevralında Ukraynaya hücum edəndə bir çox analitiklər bunun başlıca səbəbini Rusiyanın yeni dünya nizamında özünə güclü mövqe əldə etməsi istəyilə izah edirdilər. Belə hesab olunurdu ki, Rusiya Ukraynasız öz keçmiş qüdrətini bərpa edə bilməyəcək və əgər bu baş tutmazsa, sonrakı dönəmlərdə Moskva ilə hesablaşan olmayacaq.

Digər yandan, o da vurğulanırdı ki, Rusiya təkqütblü dünya sisteminə və ABŞ hegemonluğuna qarşı mübarizədə müttəfiqi Çinlə birgə hərəkət edəcək. Çoxları düşünürdü ki, Rusiya Prezidenti Ukraynanı zəbt etməklə Qərbi geostrateji fakt qarşısında qoyacaq və dünyanın yenidən bölüşdürülməsi prosesində güclü mövqeyə yiyələnəcək.

Ümumiyyətlə, siyasi icmalçılar Rusiya prezidentinin Ukraynaya qarşı yönəlmiş aqresiyasının rasional köklərini axtarırdılar. Müharibənin gedişi isə göstərdi ki, Rusiya heç də sanıldığı kimi dünyanın ikinci ən böyük ordusuna malik deyil. Kreml bütün parametrlərə görə özündən dəfələrlə zəif olan Ukrayna ilə mübarizədə istədiyini üç ildir ki, həyata keçirə bilmir.

Seçilən
20
azpolitika.info

1Mənbələr