AZ

Daha bir xarici aviaşirkət Moskvaya uçuşların sayını azaldacaq

Özbəkistanın “Qanot Sharq” aviaşirkəti Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacaq.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Qanot Sharq”in rəsmi Telegram kanalında məlumat verilib.

Aydınlaşdırılır ki, yanvarın 20-dən martın 6-dək Moskvaya Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq.

Mənbənin sözlərinə görə, bu, “Airbus A320” təyyarələrinə planlı texniki qulluq ehtiyacı ilə bağlıdır. Sərnişinlərdən yaranan narahatlığa görə üzr istənilib və biletlərin qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məlumat üçün dəstək xidməti ilə əlaqə saxlamaları tövsiyə olunub.

Seçilən
53
6
medianews.az

7Mənbələr