AZ

Bu ölkə Rusiyaya uçuşların sayını azaldır

Özbəkistanın Qanot Şərq aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağını açıqlayıb.   Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Moskvaya (Domodedovo hava limanı) Daşkənd, Səmərqənd, Buxara, Namanqan və Fərqanədən, Sankt-Peterburqa (Pulkovo) isə Səmərqənd və Namanqandan bəzi reyslər dayandırılacaq. Həmçinin yanvarın 22-dən martın 5-dək Daşkənd və Səmərqənd arasında bəzi reyslər ləğv ediləcək.

Şirkət uçuşların dayandırılmasını Airbus A320-yə planlı texniki xidmətin həyata keçirilməsi zərurəti ilə izah edib.

Seçilən
49
manset.az

1Mənbələr