AZ

Zlatan İbrahimoviç İtaliya Super Kubokundakı zəfərdən danışdı

“Milan”ın baş müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin 2024-cü il İtaliya Super Kubokundakı qalibiyyətindən sonra çıxış edib.

Arena.az xatırladır ki, “rossoneri” şərti qonaq qismində meydana çıxdığı həlledici oyunda 0:2 hesabından geri-dönüş edərək, 90+3-cü dəqiqədə vurduğu qolla əzəli rəqibi “İnter” üzərində 3:2 hesablı qələbəni bayram edib.

Matçdan sonra Zlatan İbrahimoviç İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:

“Biz məqsədlərimizdən birinə nail olduq. Axtardığımız – qarşılıq idi: bu (kuboku göstərir – redaktorun qeydi), bizim qarşılığımızdır. Danışmazdan əvvəl məşqçini və onun heyətini təbrik etmək istəyirəm: siz cəmi bir neçə gün ərzində böyük iş görmüsünüz.

Futbolçuları da təbrik edirəm. Siz bu qəniməti tərinizlə, fədakarlığınızla və qazanmaq arzunuzla əldə etmisiniz. Komandada qalib gəlmək iradəsi varsa, onları məğlub etmək çətindir. Çempionata başlayanda sizə demişdim ki, hər şey bizdən asılıdır, çünki hər şey öz başımızdadır. Bu gün bunu sübut etdiniz. İndi İtaliyaya qayıdırıq, bu zehniyyəti özümüzlə aparırıq, olmamız gərək olan yerdə olmaq üçün xal toplayırıq.

Komanda ilə bərabər bizimlə olanların hamısını təbrik edirəm: bu həm də sizin sayənizdədir, hətta məşhur olmasanız da, meydanda olmasanız da, oynayanlar qədər önəmlisiniz. Uşaqlar, bu, “Milan”dır, biz bu qənimətlər üçün oynayırıq: kim “Milan”ın tarixinə düşmək istəyirsə, bu kubokları qazanmalıdır. İrəli, “Milan”!”, – “Milan News” dərgisi İbrahimoviçdən sitat gətirir.

“Milan” 8-ci dəfə İtaliya Super Kubokunun qalibi olub. “Rossoneri” həmçinin 5 dəfə yarışın gümüş mükafatçısı olub. Yeri gəlmişkən, “İnter” də ey nəticələrə malikdir.

İtaliya Super Kubokunu ən çox “Yuventus” qazanıb – 9 dəfə, “byankoneri” həmçinin 8 dəfə gümüş medalçı, 1 dəfə isə yarımfinalçı olub.

Seçilən
27
arena.az

1Mənbələr