Bakı. Trend:
Sankt- Peterburq – Səmərqənd istiqamətində uçan (UTA881) "Utair"hava yollarına məxsus sərnişin təyyarəsi Moskvanın “Vnukovo”aeroportuna təcili eniş edib.
Trend xəbər verirki, bu haqda Rusiya KİV-də məlumat yayılıb.
"Flightradar" portalının məlumatına görə, təyyarə Vereya şəhəriüzərində bir neçə dəfə dövrə vurub və daha sonra “Vnukovo”aeroportuna eniş edib.
Sonradan təyyarədə texniki nazaslığın yarandığı məlum olub. Qeydolunur ki, Moskva aeroportunda təyyarə təmir olunduqdan sonra uçuşudavam etdirəcək.
Bundan əvvəl "Kursiv Uzbekistan" "Utair" hava yolları şirkətininAvropa İttifaqının sanksiya siyahısına düşdüyünü yazırdı.