AZ

Macarıstan: Ukrayna Avropa iqtisadiyyatını çətin vəziyyətə salıb

Avropa Birliyinə (Aİ) daxil olmağa çalışan Ukrayna Rusiya qazının tranzitini dayandırmaqla Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb.

Editor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto deyib.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto ölkəsinin Ukraynanın qaz tranzitini dayandırma qərarından təsirlənmədiyini bildirsə də, Avropa bazarında qaz qiymətlərində 20 faiz artım müşahidə edildiyinə diqqət çəkib. Szijjarto sosial şəbəkədəki paylaşımında aşağıdakı ifadədən istifadə edib: “Ukrayna Aİ-yə namizəd kimi daxil olmaq istəyərkən, son qərarı ilə Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə saldı”.

Diplomat hazırda “Türk axını” sayəsində Macarıstanın enerji təchizatının təhlükəsiz olduğunu, lakin Ukraynanın tranziti dayandırmaq qərarının yeni qiymət artımlarına səbəb olacağını və ümumilikdə Aİ-nin rəqabət qabiliyyətinə yeni problemlər yaradacağını bildirib və sözlərini belə davam etdirib: Ukrayna ərazisindən təbii qazın tranzit marşrutunun dayandırılması dekabrın ortalarında başa çatdıqdan sonra Avropa bazarında təbii qazın qiyməti 20 faiz artıb. Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2025-ci il yanvarın 1-də başa çatıb. Ukraynanın ildə 40 milyard kubmetr qazın tranzitini nəzərdə tutan sazişi yeniləməkdən imtina etməsi Qazpromu bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum etdi və buna görə də yanvarın 1-i səhər saatlarında tədarük dayandırıldı.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
31
editor.az

1Mənbələr