“Xaricdən menecer zəng vurmuşdu, Avropadan təklif olduğunu dedi”.
Adı oyun nəticələrinin manipulyasiyasında hallandığını görə “Şamaxı”dan uzaqlaşdırılan Adil Nağıyev Sportinfo.az-a açıqlama verib.
Günahı sübuta yetirilmədiyinə görə futbol fəaliyyətini davam etdirmək hüququna malik olan müdafiəçi bölgə təmsilçisindən kənarlaşdırılsa da, “köhnə qitə”dən ona təklif gəlib.
Lakin Adil futbol agentinə Albaniyada legioner həyatı yaşamaq istəmədiyini bildirib:
“Xarici menecerlər yazmışdı, biri Albaniyadan olmaqla bir-iki klub var idi. Düşündüm ki, orada oynamaqdansa, oynamamaq yaxşıdır.
Albaniyada vəziyyət yaxşı deyil. Gedənlər də geriyə qayıdır”.
Dekabrın 9-da baş tutan “Turan Tovuz”la səfər qarşılaşmasından əvvəl düşərgədən uzaqlaşdırılan Adil Nağıyevlə Georgi Kantariyanın adı oyun nəticələrinin manipulyasiyasında hallanır.
Hazırda AFFA-da bununla bağlı araşdırmalar aparılır.
HƏBİB