AZ

Tramp Baydeni hakimiyyətin keçidini çətinləşdirməkdə ittiham edib

Donald Tramp Amerika dövlətinin hazırkı rəhbəri Co Baydeni hakimiyyətin ötürülməsi prosesini çətinləşdirməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın seçilmiş lideri sosial media hesabında bildirib.

“Bayden hakimiyyətin keçidini mümkün qədər çətinləşdirmək üçün əlindən gələni edir”, – deyə o vurğulayıb.

Tramp buna misal olaraq hazırkı administrasiyanın ətraf mühit və neft hasilatı ilə bağlı qərarlarını göstərib.

Bundan əvvəl ABŞ Konqresi respublikaçı Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini rəsmən təsdiqləyib.

Seçilən
43
nocomment.az

1Mənbələr