Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəmıəsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mehman Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Vəkil Fəxrəddin Mehdiyev Turana deyib ki, iş üzrə polis əməliyyat müvəkkili ifadə verib.
Mehman Əliyev bildirib ki, o sifarişlə həbs edilib və ona qarşı irəli sürülən ittiham ibtidai istintaqda təsdiqini tapmaylıb.
“O Şirvan şəhərində qohumu Əli İsayevin zorla polis tərəfindəın saxlanılmasına dair videokadrları yaydıqdan sonra həbs edildiyini bildirdı. Mehman dedi ki, 2024-cü ilin may ayında Əli qışqıraraq deyib ki, onu narkotik maddələrin yayılmasında günahlandırmaq istəyirlər. Mehman baş verənləri telefonu vasitəsi ilə çəkməyə başlayıb və Əlinin üstündə axtarış aparılmasını təklif edib. Ancaq mülki geyimli şəxslər onu zorla maşına mindirməyə davam ediblər. Həmin vaxt Əli etiraz olaraq kəsici aləti qoluna çəkməklə, özünəqəsd etməyə cəhd edib. Bundan sonra onu sərbəst buraxıblar. Daha sonra polislər videonun silinməsini istəyib, lakin Mehman imtina edib. O dedi ki, nəticədə həm Əli İsayevi və özünü narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs etdilər”, vəkil Mehman Əliyevə istinadən Turana deyib.
Mehman Əliyev həmçinin məhkəmə heyətinin diqqətinə çatdırdı ki, ümumiyyətlə polis şöbsəinə gətirilənədək narkotikin necə olması barədə məlumatı olmayıb. İbtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldığını bildirib.
“Hətta istintaq təcridxanasında həkim müayinəsindən keçirlən zaman bədənində qançırların olması təsdiqini tapıb. Bununla bağlı şikayətimiz isə qəbul edilmədi”, vəkil qeyd edib.
Növbəti məhkəmə iclası yanvarın 21-də olacaq.
2024-cü il mayın 24-də Daxili İşlər Nazirliyi bildirib ki, Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan zaman özünə xəsarət yetirib məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər - Şirvan şəhər sakinləri Əli İsayev və Mehman Əliyevdən külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib”.
Həm Əli İsayev, həm də Mehman Əliyev Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham olunur. Onların hər ikisinin məhkməsi Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrı icraatlarda davam etdirilir.
İttiham sübut olunarsa əmlakları müsadirə olunmaqla hər birini 5 ildən 12 iləıdək həbs gözləyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalın həbsini videonun yayılması ilə əlaqələndirib.
Mehman Əliyevn ötən il sentyabrın 14-də ittihama etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından televiziya pultunun 3 ədəd batareyasını udaraq intihara cəhd edib.