AZ

"Amazon"un 11 milyard dollarlıq süni intellekt yatırımı - "Bloomberg"

"Amazon", bulud xidməti olan "Amazon Web Services" ("AWS") vasitəsilə süni intellekt infrastrukturunu genişləndirmək məqsədilə ABŞ-ın Corciya ştatına 11 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Valyuta.Az xəbər verir ki, "Amazon" tərəfindən yayımlanan açıqlamada, Corciyanın texnologiya mərkəzi kimi inkişaf etməyə davam etdiyi vurğulanıb.

Bəyanatda qeyd olunub ki, "AWS" Corciyada bulud hesablama və süni intellekt texnologiyalarını dəstəkləmək üçün infrastrukturunu genişləndirmək məqsədilə 11 milyard dollar sərmayə yatıracaq. Bu sərmayənin ən azı 550 yüksək ixtisaslı iş yerinin yaradılmasına səbəb olacağı gözlənilir.

Açıqlamada qeyd edilib ki, süni intellektin inkişaf etmiş bulud infrastrukturu və hesablama gücünə olan tələbi artırması "AWS"in Corciyadakı məlumat mərkəzlərində süni intellektin gələcəyini dəstəkləməsinə imkan yaradacaq.

Məlumatda "AWS" məlumat mərkəzlərinin ənənəvi iş yükləri və ya süni intellekt və maşın öyrənmə modelləri üçün qrafik hesablama qurğularını səmərəli şəkildə işlətmək üçün kifayət qədər çevik olduğu vurğulanıb. Bu müasir süni intellekt infrastrukturunun Corciyanın innovasiya mərkəzi kimi mövqeyini gücləndirəcəyi ifadə olunub.

Açıqlamada həmçinin "Amazon"un Corciyaya etdiyi sərmayələr və yaratdığı iş yerləri də qeyd olunub. Şirkətin 2010-cu ildən bəri Corciya ştatına ümumilikdə 18,5 milyard dollar sərmayə yatırdığı bildirilib.

Rəhim

Seçilən
49
1
valyuta.az

2Mənbələr