“Uzbekistan Airways” aviaşirkətinə məxsus Moskva-Termez reysi güclü duman səbəbindən təyin olunmuş hava limanına eniş edə bilməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkəti məlumat yayıb.
Bildirilib ki, HY-9610 nömrəli reysin ekipajı hava şəraitinin eniş üçün əlverişsiz olduğunu nəzərə alaraq, təyyarəni Səmərqənd şəhərinə yönləndirmək qərarına gəlib.
Hadisə ilə bağlı əlavə məlumat verilmir. Lakin qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi təmin olunub və hava limanında müvafiq tədbirlər görülüb.