AZ

Yayılan xəstəlik virus infeksiyasıdır: “Ona antibiotik təsir etmir”- HƏKİM

Son günlər əhali arasında virus kütləvi şəkildə yayılır.

“Cebheinfo.az” Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim infeksionisti Könül Əsədullayeva  bu xəstəliyin öskürək, halsızlıq, yüksək hərarət, əzələ ağrıları kimi əlamətlərlə müşayiət olunduğunu deyib:

“Bu xəstəlik geniş yayılıb və əhali arasında narahatlıq yaradır. 

Xəstəlik mövsümi kəskin respirator viruslardan biridir, kəskin respirator viruslara qrip, paraqrip, adenovirus, COVID-19 və s. daxildir”.

Həkim bildirir ki, sözügedən virus zökəm əlamətləri, boğazda zəif ağrı, öskürək, halsızlıq, yüksək hərarətlə müşayiət olunur:

“Bəzi xəstələrdə hətta ilk 3 gün ərzində hərarət 39-40 dərəcəyədək yüksəlir, sinədə ağrı, yanğı şikayətlərinin olmasından gileylənirlər. Yüksək tempuratur xəstələrdə təşviş yaradır və həmin gündən özbaşına antibiotik müalicəsinə başlayırlar”.

Həkim qeyd edir ki, yayılan xəstəlik virus infeksiyasıdır və viruslara antibiotik təsir etmir: 

“Antibiotiklər yalnız xüsusi göstərişlər əsasında ikincili bakterial infeksiyalar qoşularsa, xəstəyə ancaq həkim təyinatı əsasında təyin oluna bilər.

Xəstələnən şəxslər ilıq formada bol maye qəbulu, istirahətin düzgün səmərəli təşkili, sağlam rasional qidalanma rejimi, təmiz havada gəzmək, vaxtında həkimə müraciət etmək, özbaşına dərman qəbul etməmək tövsiyə olunur”.

Həkim xəstə insanlara tibbi qoruyucu maska istifadə etməyin və ən azı 1 metr məsafə saxlamağın üstün cəhət olduğunu nəzərə çatdırıb.

Seçilən
26
cebheinfo.az

1Mənbələr