Çinli seysmoloqlar Tibet Muxtar Bölgəsində baş verən zəlzələdən sonra ən azı 515 yeraltı təkan qeydə alıblar...
Poliqon xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Zəlzələlərin təxminən 95%-nin maqnitudası 3 baldan az olub, onların arasında ən çox diqqət çəkəni 4,4 bal gücündə afterşok olub.
Yanvarın 7-də səhər saatlarında Dinqji qraflığında 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri təxminən 80 min nəfər əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Ən azı 126 nəfər həlak olub, 188 nəfər yaralanıb.
Axtarış-xilasetmə işlərində 400-dən çox hərbçi iştirak edir. Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinə insan itkisi ilə bağlı başsağlığı verib.
Poliqon.info