AZ

Tibetdə dağıdıcı zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çin seysmoloqları Tibetdə fəlakət zonasında dağıdıcı zəlzələdən sonra 24 saat ərzində 515 afterşok qeydə alıblar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, Şiqatse şəhəri ətrafında davam edən seysmik aktivliyin 95%-ə qədərinin maqnitudası 3.0-dan aşağı olan yeraltı təkanlardan ibarət olub, ən güclüsü isə 4.4 maqnitudaya çatıb.
Xatırladaq ki, Tibetdə zəlzələ yanvarın 7-də səhər baş verib. Seysmik aktivlik bir çox yaşayış binalarının və infrastruktur obyektlərinin dağılmasına səbəb olub. Axtarış-xilasetmə işlərində 400-dən çox hərbçi iştirak edir. Fəlakət zonasından insanlar təxliyə ediliblər.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin-Nepal sərhədində baş verən zəlzələnin maqnitudası 7.1 təşkil edib. Episentri təxminən 80 min əhalisi olan Şiqatsedən 163 km cənub-qərbdə yerləşib, ocağı 10 km dərinlikdə olub. Rəsmi statistikaya görə, azı 126 nəfər həlak olub, daha 188 nəfər xəsarət alıb.
Seçilən
15
4
oxu.az

5Mənbələr