AZ

Çin ordusu Tibetdəki fəlakət zonasına 2 min hərbçi göndərib

Çin ordusu Tibetdəki fəlakət zonasına 2 min hərbçi göndərib

Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Bölgəsindəki (TAR) fəlakət zonasına 2 minə yaxın hərbçi göndərib. Bu barədə Xalq Azadlıq Ordusunun (AXO) Qərb Bölgəsi Döyüş Komandanlığından məlumat verilib.Hərbi dairədən bildirilib ki, yüksək seysmik aktivliyin baş verdiyi Şiqatse şəhərinə 1,6 mindən çox əsgər və zabit, o cümlədən 380-dən çox milis gəlib. Onlar dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.Hərbi qulluqçulardan əlavə, döyüş komandanlığı zonası yaşayış üçün 3 minə yaxın dəst - çadırlar, çarpayılar, generatorlar, 2,5 mindən çox yataq kisəsi, ədyal, yastıqlı gödəkçələr təqdim edib.PLA-nın hesablamalarına görə, artıq 30-dan çox qurbanı xilas etmək mümkün olub. Təhlükəli ərazilərdən 1,2 mindən çox insan təxliyə edilib. Dağıntılar altında insanların axtarışı davam edir, yolların təmizlənməsi işləri aparılır.

Seçilən
17
afn.az

1Mənbələr