AZ

Vanda Naranın barışmaq təklifinə İkardi nə cavab verdi?

''Qalatasaray''ın göz bəbəyi Mauro İkardi ilə onun ''şoumen'' həyat yoldaşı Vanda Naradan yeni xəbər var. Daha doğrusu, xəbər əsasən Vandaya aiddi.

"Football-plus.az" xəbər verir ki, 5 uşaq anası olan bu xanım belə desək, ağıllanaraq sevgilisi L-Gante ilə ayrılıb. Vanda bilindiyi kimi özündən 13 yaş kiçik yeni ''oyuncağına'' meyl saldığı için İkardi ilə aralarında çox ciddi çaxnaşmalar yaşandı və məsələ məhkəməyə qədər gedib çıxdı. Hazırda onların boşanma prosesi davam edir. Vanda reper sevgilisindən ayrılığı belə şərh edib:

''Bu gün yollarımız ayrılır. Özümüzə, işimizə və ailəmizə köklənmək istəyirik. Həyatımda yaşanan bu qarışıq dönəm və məhkəmənin davam etməsi bu qərarı verməyimə səbəb oldu. Bu gün uşaqlarımın mənə ehtiyacı var və artıq vaxtımı tamamilə onlara həsr etmək istəyirəm''.

Maraqlıdı, görəsən uşaqlar indiyə qədər Naranın niyə yadına düşmürdü? Amma məsələ bununla bitmir. Deyəsən bu şıltaq xanım yenə İkardi üçün darıxıb. L-Gante ilə olan şəkil və videoların böyük əksəriyyətini silən Vanda İkardi olan şəkil və videoların çoxunu yenidən səhifəsinə əlavə edib! Hətta Türkiyə mətbuatının iddiasına görə Nara İkardiyə barışmağı, hər şeyə yenidən başlamağı təklif edib və ailəsi üçün darıxdığını bildirib. Amma təcrübəli futbolçu ona ''bunu əvvəldən düşünmək lazım idi'' deyərək barışmağı rədd edib! Vanda həqiqətən də son dönəmlərdə İkardini gözdən salan bir sıra hərəkətlərə yol verdi. Onlar arasındakı qalmaqallı boşanma prosesi isə tam sürətlə davam edir. İddialara görə İkardi məhkəməyə Naranın ona xəyanət etdiyini göstərən sübutlar təqdim edib.

Belə ki, 2023-cü ilin yanvarında Vanda növbəti dəfə İkardi ilə dalaşdıqdan sonra Dubaya yollanmış və orda Keyta Balde ilə birlikdə vaxt keçirmişdi. Hazırda ''Sivasspor''un şərəfini qoruyan seneqallı forvard həmin vaxt ''Spartak''da çıxış edirdi və komandası ilə birlikdə Dubayda toplanışda idi. Vanda öz aləmində acıq çıxmaq məqsədilə Balde ilə olan yazışmalarını İkardiyə göndərirdi. Həmin vaxt o heç təsəvvürünə də gətirmirdi ki, iki ildən sonra İkardi bu mesajları məhkəmədə ona qarşı istifadə edəcək. Argentinalı futbolçu hətta xəyanətin videosunu da taparaq məhkəməyə təqdim edib.

Qeyd edək ki, həmin dönəmdə İkardi bu qalmaqalı Keyta Baldenin həyat yoldaşı Simona Quatyeriyə də danışmışdı. Özü də onlar bu hadisədən cəmi bir neçə ay öncə ailə qurmuşdular. Buna baxmayaraq Simona Quatyeri bu xəyanəti Baldeyə bağışlamayaraq ondan boşanmağa üstünlük verdi.

Onu da bildirək ki, ''Sivasspor'' srağagün Keyta Balde ilə qarşılıqlı şəkildə anlaşaraq yollarını ayırıb. Bu sürpriz ayrılığınİkardinin məhkəmə prosesində təqdim etdiyi dəlillərlə əlaqəsinin olub-olmadığı bilinmir.

ƏLİ
Seçilən
22
football-plus.az

1Mənbələr