AZ

Xalq artisti mühafizəçi ilə barışdı

Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, tərəflər arasında natarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşiman olduqlarını deyiblər.

Razılaşma Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.

Qeyd edək, insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham edilir.

Qeyd edək ki, ötən il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi “MedEra” Hospitalda olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmişqismində tanınıb.


Müəllif: Hacı Zeynalov
Seçilən
38
teleqraf.com

1Mənbələr