AZ

İran ilə münasibətlər qeyri-müəyyən olaraq qalır və hələ İranın yeni rəhbərliyilə görüşlər olmayıb. Bunu yanvarın 7-də dövlət başçısı İlham əliyev yerli telekanallara müsahibəsində deyib.

İkinci Qarabağ Müharibəsi başa çatandan İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər etməyə başladılar. Bakı bunun dayandırılmasını tələb etdi, lakin tələb nəzərə alınmadı. Sonra iranlılar Azərbaycan tərəfini aldatmağa çalışsalar da, sürücülər saxlanıldı və həbs edildi.

Bundan sonra iranlılar hədə-qorxu gəlməyə, sərhəddə təlimlər keçirməyə, müxtəlif təhqiredici bəyanatlar verməyə başladılar. Sonra Azərbaycan səfirliyinə qarşı terror aktı törədildi.

“O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. İranın keçmiş xarici işlər naziri Abdullahiyan mənə söz verdi ki, hökm icra ediləcək, amma bizi yenə aldatılar və işlər araşdırmaya göndərildi", - əliyev deyib.

“O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”, - Əliyev deyib və qeyd edib ki, İran Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil.

 “Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”, - prezident deyib.

Seçilən
50
turan.az

1Mənbələr