Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara ilk xarici səfərini Türkiyəiə edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramda dəyişiklik edilib.
Şaranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Bildirilib ki, Əhməd əş-Şara Bəşər Əsəd hökumətinin devrilməsinə görə Türkiyəyə təşəkkür edəcək.