Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Bölgəsindəki (TAR) fəlakət zonasına 2 minə yaxın hərbçi göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Xalq Azadlıq Ordusunun (AXO) Qərb Bölgəsi Döyüş Komandanlığından məlumat verilib.
Məlumatda qeyd olunub ki, zəlzələ bölgəsinə yaşayış üçün 3 minə yaxın çadır, çarpayılar, generatorlar, 2,5 mindən çox yataq kisəsi, ədyal, yastıqlı gödəkçələr verilib.