Çinin Tibet Muxtar Vilayətində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 126 nəfərə çatıb.
Ötən gün bölgədə baş verən 6,8 bal gücündə zəlzələdən sonra 515 yeraltı təkan qeydə alınıb.
Səlahiyyətlilər zəlzələ nəticəsində ölənlərin sayının 126-ya, yaralıların sayının isə 188-ə yüksəldiyini bildirib.
Mərkəzi hökumətin göndərdiyi 5800 çadır, paltar və yorğan zəlzələnin baş verdiyi bölgəyə çatdırılıb.
Fövqəladə Hallar Nazirliyinin koordinasiyası ilə fondlar tərəfindən edilən ərzaq, soba, elektrik yorğan, papaq və əlcək kimi yardımlar da bölgəyə göndərilib.