AZ

BTQ-nin veb-saytı və sosial şəbəkə səhifələri kiberhücumlara məruz qalır

Bakı Təşəbbüs Qrupunun (BTQ) rəsmi veb-saytı və sosial şəbəkə səhifələri uzun müddətdir ki, davamlı şəkildə kiberhücumlara məruz qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə BTQ-ninkommunikasiya və data şöbəsinin müdiri Elgün Hacıyev yanvarın 8-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kiberhücumların əsas məqsədləri BTQ-nin fəaliyyətini məhdudlaşdırmaq, təşkilatın missiyası ilə bağlı məlumatların yayılmasını əngəlləmək və beynəlxalq ictimaiyyətin diqqətini dekolonizasiya, insan haqlarına yönəltmək səylərimizin zəiflədilməsidir.

"Bu cür hücumlar yalnız BTQ-yə deyil, eyni zamanda azad media, beynəlxalq hüquq və fikir azadlığı prinsiplərinə qarşı təhdiddir",-deyə o vurğulayıb.


Müəllif: Qənirə Süleymanova
Seçilən
35
teleqraf.com

1Mənbələr