Bakı. Trend:
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrinsiyahısı təsdiq edilib.
Trend xəbərverir ki, bu barədə müvafiq qərarı Baş bazir Əli Əsədovimzalayıb.
Sənədə əsasən, hava gəmisinin salonunda daşınması qadağan edilənəşya və maddələr bunlardır:
Bütün növ silahlar və kəsici-deşicialətlər:
döyüş silahı, tapança, revolver, tüfəng, karabin və digər odlusilah, partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyənanaloji qurğular (yivli və yivsiz tüfənglər, idman silahı, lülədəndoldurulan odlu silah, fişəng atan tapança və yalnız siqnalfişəngləri buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəşaçmaq üçün tapança və revolver, heyvanların öldürülməsi üçün milisıçrayan tapança, linemyot);
digər silahlar (pnevmatik silah, qaz silahı, ov silahı vəs.);
oyuncaq silah, silahın surəti və ya imitator;
odlu silahların komplektləşdirici hissələri (optiknişangahlardan başqa);
siqnal və idman tapançaları;
yay, mizraq, oxlar;
harpun və nizələr;
katapultlar;
qılınclar (süvari qılıncları və gödək qılınclar daxil olmaqla),xəncərlər (üçtiyəli xəncərlər və yatağanlar daxil olmaqla),qarmaqlar, sapandlar, süngülər, bıçaqlar (hərbi desant, fin,çıxarılıb atılan ülgüclü, qıfılla bağlanan bıçaqlar daxil olmaqla)rapiralar;
buz baltaları və buzqıranlar;
ülgüc üçün tiyələr;
dəftərxana bıçağı;
tiyəsinin uzunluğu 6 santimetrdən çox olan bıçaqlar;
dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdənçox olan qayçılar;
iti ucları və ya kənarları olan döyüş sənəti silahları.
Keyidici (hərəkətsizləşdirici) maddə və (və ya)əşyalar:
bütün növ elektroşoklar, müvəqqəti sarsıdan silahlar;
heyvanların hərəkətsizləşdirilməsi və öldürülməsi üçünvasitələr;
keyidici (hərəkətsizləşdirici) kimyəvi preparatlar, qazbalonları, istiotlu sprey, gözyaşardıcı qaz, turşulu sprey,heyvanlardan qorunmaq üçün spreylər.
Peşə alətləri:
ling;
burğu və matqablar, o cümlədən portativ simsiz matqablar;
tiyəsinin və ya sapının uzunluğu 6 santimetrdən çox olanalətlər;
mişarlar, portativ simsiz mişarlar daxil olmaqla;
lehimləmə lampaları;
tikintidə istifadə olunan tapançalar.
Küt alətlər:
toxmaqlar (o cümlədən beysbol və softbol toxmaqları);
dəyənəklər (toppuz, kötək, rezin dəyənək və s.) və jezllər;
döyüş sənəti silahları.
Partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr:
barıt (miqdarından və qablaşdırılmasından asılı olmayaraq);
döyüş patronları (o cümlədən kiçik çaplı);
ovçu kapsulları (pistonlar) və kapsul-detonatorlar;
detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları,fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;
partlayıcı qurğuların dəqiq surəti və ya imitatoru;
minalar, qumbaralar və ya digər partlayıcı vasitələr;
pirotexnika vasitələri: siqnal və işıqlandırma raketləri, yağışraketləri, dumana qarşı siqnallar, şaşkalar, tüstü patronları,partladılma işləri üçün kibritlər, benqal fişəngləri, dəmiryolpetardaları;
dinamit, tol, ammonal, trotil, plastik və digər partlayıcımaddələr.
Sıxılmış və ya mayeləşdirilmiş qazlar:
butan;
propan;
digər qazlar.
Tezalışan mayelər:
aseton;
benzin;
neft məhsullarının nümunələri;
metanol;
metilasetat (metil efiri);
əyləc mayesi;
kükürd karbonatı;
efirlər;
etilsellozolv;
digər tezalışan mayelər.
Alışan bərk maddələr:
kalium;
natrium;
metal kalsium və onların külçələri (ərintiləri);
fosforlu kalsium;
öz-özünə alışmaya və yanğına səbəb ola biləcək, hər hansı birtəsirdən istilik və yanan qazları ayıran digər maddələr;
ağ, sarı, qırmızı fosfor və alışan bərk maddələr kateqoriyasınaaid digər maddələr;
tərkibində suyun və qarışdırıcının miqdarı 20 faizdən az olandənəvər və ya lopalı, quru və ya nəm kolloidli nitrosellüloz.
Zəhərli və zəhərləyici maddələr:
brusin;
nikotin;
strixnin;
tetrahidrofurfuril spirti;
antifriz;
etilenqlikol;
civə;
sinil turşusunun bütün duzları və sianidli preparatlar;
siklon, sianplav, arsen anhidridi və digər güclü təsir edənzəhərli və zəhərləyici maddələr.
Aşındırıcı və korroziyalaşdırıcı maddələr:
güclü qeyri-üzvi turşular: xlorid, kükürd, azot və s.;
flüorlu hidrogen və digər güclü turşular və korroziyalaşdırıcımaddələr.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəliyüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texnikitəlimatlar”ında (bundan sonra – Texniki təlimatlar) sərnişinlər vəhava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmişşərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibliəşyalar istisna olmaqla, digər radioaktiv materiallar və radioaktivmaterial tərkibli əşyalar.
Qeydiyyatdan keçmiş baqajda daşınması qadağan edilənəşya və maddələr
Partlayıcı və alovlanan, o cümlədən:
kapsul-detonatorlar;
detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları,fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;
dinamit, barıt və plastik partlayıcı maddələr (miqdarından vəqablaşdırılmasından asılı olmayaraq);
minalar, qumbaralar və ya digər hərbi təyinatlı partlayıcıvasitələr;
pirotexniki vasitələr: siqnal və işıqlandırma raketləri, yağışraketləri, dumanaqarşı siqnallar, şaşkalar, tüstüverici vasitələrvə tüstü patronları, partladılma işləri üçün kibritlər, benqalfişəngləri, dəmiryol petardaları;
dövriyyəsinə və daşınmasına icazəsi olmayan odlu silahlarınbütün növləri.
Litium batareyaları:
litiumun miqdarı 2 qramdan artıq olan litium-metalakkumulyatoru;
litiumun miqdarı 8 qramdan artıq litium-metal akkumulyatoru olanportativ tibbi elektron vasitələri;
enerji tutumu 160 vattdan yüksək olan litium-ionakkumulyatoru;
litium batareyaları olan portativ elektron siqaretqurğuları.
Alışqanlar:
sayı 5 ədəddən çox olan kibrit qutusu;
yanacaqla dolu yanacaq qurğuları;
tündlüyü 70 faizdən yüksək olan alkoqollu içkilər.
Texniki təlimatlarda sərnişinlər və hava gəmisinin heyətininqeydiyyatdan keçmiş baqajında müəyyən şərtlərlə daşınmasına icazəverilən radioaktiv material tərkibli əşyalar istisna olmaqla, digərradioaktiv materiallar və radioaktiv material tərkibli əşyalar.
Yük və poçt göndərişlərində daşınması qadağan edilənəşya və maddələr
Texniki təlimatlarla müəyyən olunmuş təhlükəsizlik tələblərinəcavab verməyən təhlükəli yüklərin və kustar üsulla hazırlanmışpartlayıcı qurğuların hava nəqliyyatı ilə yük göndərişlərindədaşınması qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabrtarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərindəgöndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”na uyğundaşınması qadağan edilən əşya və maddələrin daşınmasına yolverilmir.
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrdedikdə, qanunsuz müdaxilə aktlarının həyata keçirilməsi üçünistifadə oluna biləcək və ya hava gəmisində və onun bortunda olansərnişinlərin və hava gəmisinin heyət üzvlərinin həyatına təhlükəyarada biləcək əşya və maddələr nəzərdə tutulur.
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrlə bağlıbaqajın yenidən yığılması məqsədilə hava limanlarında biletlərinqeydiyyatı prosesinə və baxış məntəqələrinə daxil olmalaraməhdudiyyət yaratmayan xüsusi zona ayrılmalıdır.
Litium batareyaları olan portativ elektron vasitələr tamsöndürülmüş halda daşınmalıdır.
Sərnişinlər hava limanları və hava gəmilərinin istismarçılarıtərəfindən hava gəmisində daşınması qadağan edilən əşya və maddələrbarədə rəsmi saytlarında və ya mediada, həmçinin qeydiyyat zamanınövbəyə duran sərnişinlərə hava limanının və ya hava gəmisininistismarçısı tərəfindən məlumat verilməklə, hava limanlarındasərnişinlərin hərəkət marşrutlarında tablolar və lövhələryerləşdirilməklə, yazılı və ya radioelanlar verilməklə, biletlərelektron alındığı hallarda biletdə qeydlər edilməklə, biletlərinaviakassadan alındığı hallarda isə aviakassaların işçiləritərəfindən məlumat verilməklə məlumatlandırılır.