İlon Mask təhlükəli şəxsə çevrilir
Amerikalı milyarder İlon Maskın bioqrafı Set Abramson bildirib ki, “Space X”-in sahibi ağır xəstədir və dəli ola bilər. Set Abramson deyib ki, İlon Maskın dəli ola biləcəyinə inanmaq üçün əsasları var: “Mən son iki il ərzində onun onlayn davranışını izləyən və onun psixi xəstəlik, ağır narkotik istifadəsi və ekstremal xəstəliyə tutulduğunu etiraf edən Maskın bioqrafiyam. O, ağır xəstə olduğundan qorxur”.
Reyting.az xəbər verir ki, bu fikirləri özünü amerikalı milyarder İlon Maskın bioqrafı kimi təqdim edən Set Abramson səsləndirib.
Abramsona görə, Mask sivilizasiya üçün vacib olan bir çox sənaye sahələrinə sahib olmasaydı, vəziyyət narahatlıq yaratmazdı. Amma “onun növbəti prezident olmaq istəyi o deməkdir ki, onun ağlını itirməsi və zorakılığa təhrikinin artması hamımızı risk altında qoyur”.
O, həmçinin hazırkı Amerika administrasiyasını “Amerikanı İlon Maskdan qorumaq üçün” təcili tədbirlər görməyə çağırıb. Xüsusilə, o, milyarderlə bütün müqavilələri pozmağı, onun DOGE təşəbbüsünün qarşısını almaq üçün məhkəməyə müraciət etməyi və yeni araşdırmalara başlamağı təklif edir.
ELÇİN