Ermənistanı Rusiya ilə birləşdirən Gürcüstanın Yuxarı Lars hərbi yolu yenə bağlanıb və 1700-dən çox erməni yük maşını buradan keçmək üçün növbəsini gözləyir.Adalet.az xəbər verir ki, məlumatı Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan açıqlayıb:“Təxminən 800 nəfər Gürcüstan ərazisində, 900 nəfər isə Rusiya tərəfində gözləyir”.Qarşı tərəf bununla bağlı açıqlama verib. Rusiyanın Baytarlıq-Sanitar Nəzarəti Xidməti (“Россельхознадзор”-red.) Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı tez-tez pozuntulara yol verilməsindən narahatlığını bildirib və bu, Ermənistandan bəzi məhsulların tədarükü ilə bağlı problemlərin yaranmasına səbəb olub.Xidmətin rəsmi saytında dərc edilmiş məlumatda qeyd edildiyi kimi, 2023-cü ildə “Rosselxoznadzor”un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərli orqanizmlərin olması ilə bağlı 72 fakt aşkarlayıb. Üstəlik, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb:“Yalnız noyabrın 24-dən 26-dək olan dövr ərzində müvafiq qurumlar tərəfindən verilmiş fitosanitar sertifikatları ilə əldə edilmiş 36 xəstə gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma, armudun idxalı ilə bağlı 36 fakt aşkar edilib. Bitki mənşəli məhsullarda müxtəlif virus, xətəlik və mikroblar aşkar edilib”.Bundan başqa, bildirilir ki, noyabr ayı ərzində Ermənistandan gətirilən pomidor, çiyələk, alma və üzümdə pestisid qalıqlarının icazə verilən maksimum həddən artıq olması ilə bağlı 5 fakt qeydə alınıb ki, bu da istehsalçılar tərəfindən pestisidlərin tətbiqi qaydalarının pozulmasını göstərə bilər:“Bu vəziyyəti nəzərə alan “Rosselxoznadzor” Ermənistana rəsmi məktub göndərərək, yoluxmuş məhsulların Rusiyaya daşınmasının qarşısının alınması üçün dərhal kompleks tədbirlərin görülməsini və bununla bağlı aparılan işlər barədə Rusiya departamentini məlumatlandırmasını xahiş edib”.Eyni zamanda bildirilir ki, bütün bunlarla yanaşı, sərhəddə fitosanitar nəzarəti normal rejimdə aparılır və Ermənistandan çıxan yüklərin yoxlanılması və tərtibi qaydalarında heç bir dəyişiklik baş verməyib. Əntiqə Rəşid
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta