AZ

Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilərin sayı azaldıla bilər

Bakı, 8 yanvar, AZƏRTAC

Ermənistanın Türkiyə ilə sərhədində Rusiya sərhədçilərinin sayı azaldıla bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Əgər Ermənistanla Türkiyə arasında sərhəd açılarsa və ölkələr arasında etimad yaranarsa, biz rusiyalı sərhədçilərin sayının azaldılması məsələsini nəzərdən keçirə və müzakirə edə bilərik”, - deyə Ararat Mirzoyan bildirib. O, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda dislokasiya olunması ilə bağlı məsələnin İrəvanın gündəmində olmadığını vurğulayıb.

Ötən il avqustun 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Aeroportunu tərk ediblər. 2025-ci ilin yanvarında isə Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədindəki “Aqarak” keçid məntəqəsində xidməti dayandırıblar.

Qeyd edək ki, 1992-ci ildə bağlanan müqavilə əsasında Rusiya sərhədçiləri Ermənistan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları ilə birlikdə Türkiyə sərhədlərini qoruyur.

 

 

 

Seçilən
3
3
azertag.az

4Mənbələr