Demokrat.az xəbər verir ki, səlahiyyətlilər, 126 nəfərin öldüyü, 188 nəfərin yaralandığı zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin 14 mindən çox personalla davam etdiyini açıqlayıb.
İtkin düşənlərin sayı ilə bağlı məlumat verilməyib.
Zəlzələnin episentri və ətraf ərazilərin hündürlüyü 4200 metrdən çoxdur.
Gecələr temperaturun sıfırdan aşağı düşdüyü rayonlarda evi yararsız hala düşən vətəndaşlara çadır, yorğan, qatlanan çarpayılar və müxtəlif yardım materialları göndərilib.
Yerli hökumət rəsmiləri ən azı 3609 evin dağıldığını qeyd ediblər.
ABŞ Geoloji Tədqiqatlar Mərkəzi dünən baş verən zəlzələnin maqnitudasının 7,1 olduğunu açıqlayıb.
Əfsanə Kamal
Demokrat.az