Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra, böyüklüyü 4,4-ə qədər çatan 500-dən çox təkan qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Çin mətbuatında yer alan məlumatlara görə, Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, mərkəzi Şiqatse şəhərinin Tinqri rayonunda yerləşən zəlzələ bölgəsində 500-dən çox artçı təkan yaşanıb.
Rəsmilər, zəlzələ nəticəsində 126 nəfərin həyatını itirdiyini və 188 nəfərin yaralandığını, bölgədə isə 14 mindən çox xilasedicinin axtarış-xilasetmə işlərinə cəlb olunduğunu açıqlayıb. Dağıntı altından 407 nəfər xilas edilib.
İtkin düşənlər haqqında məlumat verilməyib.
Zəlzələdən təsirlənənlər üçün 187 yerdə 3 705 çadır qurularaq yardım mərkəzləri yaradılıb və 46 525 nəfərə müvəqqəti sığınacaq təmin edilib.
Seymur BƏNNAYEV