AZ

“Bunu yaşamaq və görmək çox gözəl hissdi” – Avropanın ən yaxşısı olan azərbaycanlı

Minifutbol yığmamızın üzvü Vüsal İsayev Avropanın ən yaxşısı seçilib. O, Avropada minifutbol üzrə 2024-cü ilin ən yaxşı müdafiəçisi adına layiq görülüb.

Qeyd edək ki, Vüsal İsayev Azərbaycan çempionu “Birbaşa Bakı”nın üzvüdü.

O, “Football-plus.az”a təəssüratını bölüşdü:

“Bunu yaşamaq və görmək çox gözəl hissdi. Minifutbolda hədəflərimiz var. Azərbaycanı hamı tanıyır. Biz də əlimizdən gələni edirik ki, Azərbaycan hamıdan irəlidə olsun. 2025-ci ilin mayında dünya çempionatı olacaq. Hədəfimiz orda yaxşı nəticələr əldə etmək, xalqımızı sevindirməkdi”.

ƏSƏD SEYİDOV
Seçilən
16
football-plus.az

1Mənbələr