AZ

İnsan metapnevmovirusundan necə qorunaq?


İnsan metapnevmovirusu (HMPV) adətən soyuqdəyməyə bənzər simptomlara səbəb olan bir virusdur, lakin bəzi pasiyentlərdə ağır keçə bilər. HMPV ilə ilk dəfə yoluxduqda ağır xəstələnmə ehtimalınız çoxdur, buna görə də kiçik uşaqlarda ciddi xəstəlik riski daha yüksəkdir.

"Medicina" xəbər verir ki,insanların əksəriyyəti 5 yaşına çatmamış HMPV – yə yoluxur. Siz yenidən HMPV – yə yoluxa bilərsiniz, lakin ilk infeksiyadan sonra simptomlar adətən yüngül olur.

65 yaşdan yuxarı böyüklər və xroniki xəstəliklərivə ya immun sistemi zəifləmiş olan insanlar (HİV, xərçəng və ya autoimmun xəstəlikləri olanlar və ya immunitet sistemini zəiflədən preparatlardan istifadə edənlər), astma və ya AXOX-u olan pasiyentlər də ağır simptomlarla qarşılaşa bilər.
İnsan metapnevmovirusunun simptomlarına aşağıdakılar daxildir:

Öskürək, hərarət, burunaxma və ya burnun tutulması, boğaz ağrısı, xışıltı, nəfəs darlığı və s.

HMPV-u xəstə şəxslə birbaşa təmas zamanı və ya virusla çirklənmiş əşyalara toxunmaqla yayılır.

HMPV və digər yoluxucu xəstəliklərə tutulma riskinizi aşağıdakılarla azalda bilərsiniz:

Əllərinizi tez-tez sabun və su ilə yuyun. Əgər sabun və sudan istifadə edə bilmirsinizsə, spirt əsaslı əl dezinfeksiyaedici vasitələrdən istifadə edin.
Asqırma və ya öskürmə zamanı burnunuzu və ağzınızıəlinizlə deyil, dirsəklə bağlayın.


Xəstələrlə təmasdan çəkinin, maskadan istifadə edin.
Yemək qablarını (çəngəllər, qaşıqlar, fincanlar) başqaları ilə paylaşmayın.
Viruslar sərhəd tanımır. Xəstəlik törədən viruslar həddən artıq çoxdur.

Onların hamısına qarşı peyvənd yoxdur. Odur ki, öz daxili müdafiə mexanizmlərimizin normal fəaliyyəti bizi qoruya bilər. Bunun üçün yuxu rejiminə, düzgün qidalanmaya, düzgün həyat tərzinə riayət etməyə, xroniki proseslərin müalicəsinə,defisitlərin aradan qaldırılmasına maksimal dərəcədə çalışmalıyıq.




MEDİCİNA.AZ



Seçilən
19
medicina.az

1Mənbələr