Çinin Tibet Muxtar Bölgəsində dünən baş verən 6,8 bal gücündə zəlzələdən sonra 4,4 bal gücündə 500-dən çox təkanlar baş verib.Çin mətbuatında yer alan xəbərlərə görə, Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC), episentri Tibet Muxtariyyətinin Şiqatse əyalətinin Tinqri rayonu olan zəlzələ bölgəsində dünəndən bəri 4,4 bal gücündə 500-dən çox təkanın yaşandığını açıqlayıb.Səlahiyyətlilər 126 nəfərin öldüyü, 188 nəfərin yaralandığı zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinin 14 mindən çox personalla davam etdiyini, 407 nəfərin dağıntılar altından xilas edildiyini açıqlayıb.İtkin düşənlərin sayı ilə bağlı məlumat verilməyib.Zəlzələnin episentri və ətraf ərazilərin hündürlüyü 4200 metrdən çoxdur.Gecələr temperaturun sıfırdan aşağı düşdüyü rayonlarda evi yararsız hala düşən vətəndaşlara çadır, yorğan, qatlanan çarpayılar və müxtəlif yardım materialları göndərilib.Zəlzələdən zərər çəkənlər üçün 187 nöqtədə 3 min 705 çadır və yardım sahəsi qurulduğu halda, 46 min 525 nəfər sığınacaqla təmin edilib.Yerli hökumət rəsmiləri ən azı 3609 evin dağıldığını qeyd ediblər.ABŞ Geoloji Xidməti (USGS) dünən baş verən zəlzələnin maqnitudasının 7,1 olduğunu açıqlayıb.Digər tərəfdən, CENC ölkənin şimal-qərbində yerləşən Qinghai əyalətinin Qoloq vilayətinin Madoi rayonunda yerli vaxtla saat 15.44-də 5,4 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.Dünən zəlzələnin baş verdiyi bölgədən 1000 kilometr uzaqlıqda yerləşən Madayda can və ya mal itkisi qeydə alınmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta