Seysmoloqlar Çinin Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələdən sonra 515 yeraltı təkan qeydə alıblar.
Bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
“Yanvarın 8-i saat 8:00-a olan məlumata görə, yerli miqyasda ümumilikdə 515 yeraltı təkan qeydə alınıb, onlardan ən böyüyü 4,4 bal gücündə olub”, – mərkəz Honq Konq xəbər saytında bildirib.
Aydınlaşdırılır ki, 488 afterşok maqnitudası 3-dən aşağı, 27-nin gücü 3-dən yuxarı olub: xüsusən, 24-ü 3-3.9, üçü isə 4-4.9 bal gücündə olub. Ən güclü seysmik hadisə əsas təkanın episentrindən 18 km aralıda olub.