AZ

Özü 600, klubu 700 avro cərimələndi


İspaniya Futbol Federasiyasının İntizam Komitəsi Vinisius Juniorun cəzasını açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, La Liqanın 12-ci həftəsində "Valensiya" - "Real Madrid" oyunundakı hərəkətinə görə cəzalandırılıb.

Vinisius Juniorun qırmızı vərəqəsi matça damğasını vurub.

Braziliyalı futbolçu "Valensiya"nın qapıçısı Dimitrievskinin boynuna zərbə endirib. VAR yoxlamasından sonra Vini 79-cu dəqiqədə qırmızı vərəqə alıb.

İspaniya Futbol Federasiyasının İntizam Komitəsinin qərarı ilə 24 yaşlı futbolçu 2 liqa oyunundan kənarlaşdırılıb və 600 avro cərimələnib. "Real Madrid" isə qırmızı vərəqə aldığı üçün 700 avro cərimə olunub.

Matçda "Real Madrid" Luka Modriç və Bellinqhemin qolları ilə 2:1 hesabı ilə qalib gəlib.

Elgün, BakuPost

Seçilən
15
bakupost.az

1Mənbələr