Polşa Seyminin (Polşa parlamentinin aşağı palatası) sədri Şimon Holovniya bildirib ki, ölkədə prezident seçkiləri mayın 18-də keçiriləcək.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
"Mən Polşada prezident seçkilərində səsvermənin mayın 18-də keçiriləcəyinə qərar verdim", - Holownia mətbuat konfransında deyib.
O, lazım gələrsə, iyunun 1-də seçkilərin ikinci turunun keçiriləcəyinə aydınlıq gətirib.
Yanvarın 7-də Polşanın İqlim və Ətraf Mühit naziri Paulina Hennig-Kłocka bildirib ki, Kiyev bunu istəsə, ölkəsi Ukraynaya elektrik enerjisi satışını artıra bilər.
Yanvarın 8-də Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun binasındakı bayraq dirəklərindən ölkə və Avropa İttifaqının bayraqlarının götürüldüyü məlum olub. 2025-ci il yanvarın 10-dək nümayəndəliyin fəaliyyəti dayandırılacaq. Oktyabrın 24-də Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski Rusiyanın Poznandakı Baş Konsulluğunun on əməkdaşının Polşanı tərk etməli olacağını bildirib.
Bundan əvvəl Polşa ölkədəki bütün Rusiya konsulluqlarını bağlamaqla hədələyib.