Bu gün yeni doğulan uşaqlar arasında bəzi adlar var ki, üstünlük təşkil edir.
Sinifdə Zəhra, Zeynəb, Aylin, Yusif, Uğur, Ömər, Əli kimi adlı uşaqlar tək olmur.
Eyni adlı uşaqlar sinifdə, bağçada üstünlük təşkil edir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ad mahiyyət kəsb etməli, uşaq hansı adı daşıdığının fərqində olmalıdır:
“Bütün uşaqlara dini adlar vermək doğru deyil. Bu məsələdə valideynlər bir qədər düşünməlidirlər. Uşağa ad qoymaq şəxsi məsələ olsa da, bu uşağın həm də cəmiyyətin övladı olması nəzərə alınmalıdır. Valideyn övladının adının gözəl, fərqli olması üçün çalışmalıdır. Ad qoymaq üçün valideynlərdən xüsusi peşəkar qabiliyyət tələb olunmur. İndi bu ad dəbdədir deyə, uşağı həmin adı qoymaq düzgün deyil. Təsəvvür edirsiz , indi bir sinifdə iki və ya üç Zəhra, Zeynəb, Yusif olur. Müəllim və sinif yoldaşları o uşaqları adları deyil, soyadları ilə çağırır. Valideynlər bu məsələdə diqqətli olmalıdır”.
Sevinc