Tibet güclü zəlzələnin təsirlərini hiss etməkdə davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi yerli seysmoloji mərkəzə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, əsas zəlzələdən bir neçə saat sonra tibetlilər daha 646 yeraltı təkan hiss ediblər. Onlardan dördü 4-4,9 bal aralığında olub. 28 zəlzələnin gücü 3,0-3,9 bal təşkil edib.
Qeyd edək ki, yanvarın 7-də Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib. Seysmik hadisənin episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə və təxminən 10 kilometr dərinlikdə yerləşib. Son məlumatlara görə, 126 nəfər təbii fəlakətin qurbanı olub, daha 188 nəfər xəsarət alıb.